12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident Vladimir Putin görüşdə çıxış edib.

Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarını salamlayaraq, Böyük Vətən müharibəsində Qələbə münasibətilə tədbirlərin keçirilməsinin qərara alındığını xatırladıb.
Rusiya dövlətinin başçısı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacaq. Çünki tarixi faktlar var və onu saxtalaşdırmaq mümkün deyil. Prezident Vladimir Putin ictimaiyyətin bu cür tarixi faktlarla daha yaxından tanış olmasının önəmini vurğulayıb. Tarixi həqiqətləri və ədaləti qorumaq, həmçinin həmin dövrün həqiqətlərinin saxtalaşdırılmasına qarşı çıxmaq üçün arxiv sənədlərinə nəzər salmağın vacibliyini qeyd edən Rusiya Prezidenti bu sənədlərdən faktlar və sitatlar gətirib.

Rusiya Prezidenti İkinci Dünya müharibəsində böyük Qələbənin əldə olunmasında sovet xalqının misilsiz şücaətindən danışaraq bildirib ki, ata-babalarımız bu qələbə uğrunda canlarından keçiblər. Həmin dövrdə Sovet İttifaqının hər bir ailəsi bu və ya digər dərəcədə bu müharibənin ağrılarını hiss edib. Vladimir Putin gələcəkdə İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin saxtalaşdırılmaması üçün özündə faktları əks etdirən arxiv materiallarının daha dərindən təhlil olunmasının vacibliyini qeyd edib. Rusiya Prezidenti İkinci Dünya müharibəsində baş verənlərin siyasi məqsədlərlə qeyri-obyektiv təqdim edilməsinin təhlükəli tendensiya olduğunu bildirib.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış olub.

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

Dekabrın 20-də MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev ziyafətdə iştirak edib.

Dekabrın 20-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?