21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olunub. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunulub və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulanıb.

Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olunub, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirilib.

Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirilib. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulanıb. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunulub.

Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edilib, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirilib.

Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul edilib.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?