19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından - Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.

AZƏRTAC

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?