10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Su təsərrüfatı və meliorasiya sahələrində idarəetmə təkmilləşdirilir

Su təsərrüfatı və meliorasiya sahələrində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alınıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilsin:

- “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;

- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə.

Müəyyən edilib ki, “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.

“İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?