8 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir

Prezident İlham Əliyev “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Qərara alınıb ki, aşağıdakı büdcə təşkilatları yaradılsın:

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”;

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun yaradılmasını təmin etsin.

Müəyyən edilib ki, nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir.

Müəyyən edilib ki, nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir.

Fərmanla Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?