21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

Dövlət başçısının imzaladığı digər bir Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Nazim Kazım oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abbasov Etibar Akif oğlu

Bədəlova Zöhrə Əliriza qızı

Gözəlov Zülfi Məmməd oğlu

Həziyeva Gülçöhrə Hacıqulu qızı

Hüseynov Alı Hüseynqulu oğlu

İsgəndərov Nəsib Əli oğlu

Məmmədov Şahin Yusif oğlu

Rzayev Zamin Vahid oğlu

Səfərova Rəsmiyyə Suca qızı

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Qasımlı Nuranə Nurəddin qızı

Qənbərov Zahid Paşa oğlu.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?