19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun inkişafının təmin edilməsi və bu fəaliyyətin işğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçirilməsi məqsədilə müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçirilir:

- Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;

- Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

- Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

- Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;

- Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

- Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

Fərmana əsasən, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq bu Fərmanda qeyd olunan publik hüquqi şəxslərin balansına verilir.

Nazirlər Kabineti göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün növbəti illərin dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.

Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?