25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar

Avqustun 7-də Bakının Pirallahı rayonuna gələn dövlətimizin başçısı və xanımı əvvəlcə rayon İcra Hakimiyyətinin, YAP Rayon Təşkilatının və Gənclər Mərkəzinin yeni inzibati binasının açılışında iştirak ediblər.

Səfər çərçivəsində Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksinə gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar, eləcə də rayonda yeni istifadəyə verilmiş "Nərəkənd" balıqyetişdirmə kompleksinin açılışını ediblər.

Sonra dövlətimizin başçısı və xanımı Pirallahı rayonunda yeni inşa olunmuş "Mirvari" Park Kompleksində yaradılan şəraitlə tanış olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əlivev və birinci xanım Mehriban Əliyeva parkda Qarabağ müharibəsi əlillərinin "ASAN xidmət"in "Ailə Biznesinə Asan Dəstək" proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpgidə dekorativ əl işlərindən ibarət sərgiyə baxıblar, parkda istirahət edən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət ediblər.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması