Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar

2019.08.07 17:19 (UTC+04:00)

Səfər çərçivəsində Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksinə gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar, eləcə də rayonda yeni istifadəyə verilmiş "Nərəkənd" balıqyetişdirmə kompleksinin açılışını ediblər.

Sonra dövlətimizin başçısı və xanımı Pirallahı rayonunda yeni inşa olunmuş "Mirvari" Park Kompleksində yaradılan şəraitlə tanış olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əlivev və birinci xanım Mehriban Əliyeva parkda Qarabağ müharibəsi əlillərinin "ASAN xidmət"in "Ailə Biznesinə Asan Dəstək" proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpgidə dekorativ əl işlərindən ibarət sərgiyə baxıblar, parkda istirahət edən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət ediblər.