6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır: “Bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Hərçənd, qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik”.

Prezident İlham Əliyev vurğulayıb ki, bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir: “Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.

Prezident Emoməli Rəhmon əmin olduğunu bildirib ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək: “Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm”.

Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?