14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişikliklər edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Sənədə əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 yanvar tarixli 4271 nömrəli Sərəncamı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. “Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri

Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri”.

2. “Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru” abzası ləğv edilsin.

3. “Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi”.

4. “Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru”.

5. “Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri”.

6. “Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi

Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi”.

7. “Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini”.

8. “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.

9. “Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru”.

10. “Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?