22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.

Prezident İlham Əliyev, ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, bunu dostluq əlaqələrimizin və böyük hörmətin nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin tədbirdə iştirakına görə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığını çatdırmağı xahiş etdi.

Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğuladı.

Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi və gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ilk növbədə, ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərinin ali rəhbərliyi qüdrətli ölkə olan Azərbaycanla həmişə strateji tərəfdaşlığın önəmini qeyd edir.

Sultan Əhməd Əl-Cabir vurğuladı ki, Azərbaycan qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində ciddi uğurlara nail olub. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin uzunmüddətli tərəfdaşlığa xidmət etməsinə əminliyini bildirdi, eyni zamanda, vurğuladı ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın və strateji tərəfdaşlığın yeni nümunəsinin yaradılması işinə sadiqlik nümayiş etdirir.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?