25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistan və Azərbaycan fındıq yetişdirilməsi sahəsində əməkdaşlıq edəcəklər

Özbəkistan və Azərbaycan fındıq yetişdirilməsi sahəsində əməkdaşlıq edəcəklər

Özbəkistanın kənd təsərrüfatı naziri Aziz Voitov “Agrarco” şirkətinin direktoru Cavid Kazımovla görüşüb.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı nazirliyin məlumatına istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd fındıq yetişdirilməsi, emalı və ümumilikdə bağçılığın inkişafı təcrübəsi ilə tanış olmaq olub. Tərəflər kənd təsərrüfatı sahəsində Özbəkistan-Azərbaycan əlaqələrinin təşviqi və inkişafı məsələlərinə toxunublar.

Danışıqlar zamanı Özbəkistanda fındıq yetişdirilməsi və emalı məsələləri müzakirə olunub. Fındıq yetişdirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması və mütəxəssislərin Azərbaycana göndərilməsi perspektivləri də nəzərdən keçirilib.

Görüşün yekununda tərəflər arasında fındıq yetişdirilməsi sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?