23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2023-cü ilin dövlət büdcəsi haqqında Qanuna dəyişiklik təsdiqlənib

2023-cü ilin dövlət büdcəsi haqqında Qanuna dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib.

“vergiler.az” xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 890 500,0 min manat, xərcləri 36 624 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 125 798,0 min manat, yerli gəlirləri 764 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 847 792,0 min manat, yerli xərcləri 777 008,0 min manat) məbləğində təsdiq edilib.

Ölkə başçısı həmçinin "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliyə əsasən, işsizlikdən sığorta fondunun gəlir və xərcləri 5 milyon manat artırılaraq 217 668 344,50 manata çatdırılıb.

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliyə əsasən isə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 267 970 000 manata qaldırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?