23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pakistanla Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir

Pakistanla Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib. Diqqətə çatdırılıb ki, ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.

Görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. Bu xüsusda, Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər enerji, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı məsələlərini müzakirə ediblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?