1 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşsizlərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası"nı təsdiq edib. Sənədə əsasən, bununla "Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarı ləğv edilib.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı keçdiyi müddətdə aylıq təqaüd alacaqlar. Onlar peşə hazırlığı keçdikləri müddətdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd alacaqlar.

Təqaüdlər işsiz şəxsin bank hesabına köçürüləcək. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Qaydalara əsasən, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
1. İşsiz kimi qeydiyyatı ləgv edildikdə;
2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
3. Təhsil müəssisəsindən xaric olunduqda.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?