23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Prezident İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib.

Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, Macarıstan Prezidentinin və Baş nazirinin bu səfər zamanı göstərdikləri qonaqpərvərlik və sıx əməkdaşlıq səylərini bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələr verdiyini vurğulayaraq Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyib. Əlaqələrimizin gündəliyinin genişləndiyini bildirən Azərbaycan Prezidenti bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Qonaq Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını deyib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?