23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirilib. Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb.

Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edilib və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?