23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olunub.

Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunulub, Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi mühüm layihələr məmnunluqla xatırlanıb. Həştərxanda 10 ildən çoxdur ki, fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin humanitar sahədə əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı İqor Babuşkinin səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?