23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon danışığını xatırladaraq həmin söhbət zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyinin qeyd olunduğunu bildirib.

Bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladan dövlətimizin başçısı həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.

Prezident İlham Əliyev Sultan Əhməd Əl Caberin ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd bin Rəşid Al Maktuma və Məhəmməd bin Zayed Əl Nahyana çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Məhəmməd bin Zayed Əl Nahyan ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?