1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğulayıb, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirib. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd edib və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğulayıb.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd edib.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik edib. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olunub.

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?