2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Paytaxtda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilir

Paytaxtda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilir

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəliblər. Bayram şənliyinin iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Sonra Azərbaycan Prezidenti və birinci xanım burada təşkil edilmiş "Novruz" yarmarkası ilə tanış olublar.

Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada "Bahar qalası" festivalı ilə tanış olublar. Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim edib. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bahar qalası" festivalı çərçivəsində yarmarka ilə tanış olublar. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər. Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində də olublar. Dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.

Daha sonra Azərbaycan Prezidenti Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?