Birinci yarımildə dövlət büdcəsinin gəlirləri 12 milyard manat, xərcləri 11,7 milyard manat olub
16 İyul 2020 09:47
Yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat, xərcləri 11 milyard 730,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 291,9 milyon manatlıq profisit yaranıb.