11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısı ləğv olunub

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısı ləğv olunub

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının sentyabrda Cənubi Koreyanın İnçon şəhərində keçirilməsi nəzərdə tutulan 53-cü illik toplantısı COVID-19 böhranı ilə əlaqədar ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya hökuməti açıqlama yayıb. Cənubi Koreya AİB-in Rəhbərlər Şurasının illik toplantısına ev sahibliyi etmək hüququnu 2023-cü ildə reallaşdıracaq. Builki toplantının əvəzinə isə telekonfrans formatında iclas keçiriləcək.
Cənubi Koreya Maliyyə Nazirliyinin rəsmisi Huh Çanq deyib ki, illik toplantının ləğv olunmasına səbəb yerli və xarici iştirakçıların sağlamlığının prioritet hesab olunmasıdır.
Qeyd edək ki, bankın Rəhbərlər Şurasının 53-cü illik toplantısı cədvəl üzrə mayda keçirilməli idi. Amma koronavirus pandemiyası səbəbindən tədbirin vaxtı sentyabra dəyişdirilmişdi. Hazırda virusun dünyada sürətlə yayıldığı bir şəraitdə toplantının keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Bundan əvvəl oxşar vəziyyət 2003-cü ildə müşahidə olunmuşdu. Həmin il Türkiyədə keçirilməli olan illik toplantı İraqdakı müharibə səbəbindən ləğv edilərək 2005-ci ildə təşkil olunmuşdu.
Bankın Rəhbərlər Şurasının 2015-ci ildəki toplantısı Bakıda keçirilib.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?