20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 6 ayında əhaliyə sosial təminat növləri üzrə və birdəfəlik ödəmə formasında 3 milyon nəfərə 3 milyard 59 milyon manat vəsait ödənilib

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. Bu ilin ilk yarımilində də artım dinamikası davam edib.

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1,3 milyon nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox olmaqla 2 milyard 250 milyon manat, 743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat, 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 milyon manat və ya 62 faiz çox olmaqla, 105 milyon manat ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 milyon manat yönəldilib.

Beləliklə, bu ilin 6 ayında Nazirlik tərəfindən 3 milyon nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 milyard 59 milyon manat vəsait ödənilib.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?