17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür

Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparılıb, 8 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Xidmətdən Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 4 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ötən ay müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?