15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri pensiyaların da mütəmadi artımına imkan yaradıb və bu artım 2020-ci ildə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 milyon manat vəsait yönəldilib.

Ümumilikdə, 2020-ci ilin 6 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləği 2019-cu ilin müvafiq dövrünə nisbətən 27 faizə yaxın artaraq 300 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 25,24 faiz çoxalaraq 330 manata yaxın olub.

Bu ilin ilk yarımilində pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat vəsait sərf edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?