11 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb

Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edilib, həm də özəl sektorda iş yerlərinin qorunması üçün tədbirlər görülüb. Hətta özəl sektorda bu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var. Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib.

S.Babayev diqqətə çatdırıb ki, əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun leqallaşdırılması hesabına yaranır.

Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?