8 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət obyektlərinin karantin qaydalarına əməl etmələri günün zəruri tələbidir!

Koronavirus pandemiyası cəmiyyətdən bir sıra sahələrdə yanaşmaların, sistem və davranışların dəyişməsi tələbini ortaya qoyub. Artıq insanların sanitar-gigiyenik qaydalara daha ciddi əməl etməsi və sosial məsafəni qoruması vacib davranış şərtlərinə çevrilib.

Virusun əhatə dairəsinin genişlənməsi onun daha çox insanın həyatını təhlükə altına almasına gətirib çıxarır. Ona görə də bu bəlanın qarşısının alınması və ondan daha az itkilərlə qurtulmağımız üçün dövlət orqanlarının gördüyü tədbirlərlə yanaşı, vətəndaşların, həmçinin müxtəlif özəl qurumların, o cümlədən ticarət obyektlərinin və onların əməkdaşlarının karantin qaydalarına əməl etmələri çox vacibdir.

"OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Bağırov bildirib ki, koronavirusla mübarizə və ona qalib gəlinməsinin sahibkarlıq subyektlərinin də marağında olmalıdır. Çünki bu bəla insanların həyatı ilə bərabər, ölkənin sosial-iqtisadi sistemi üçün də ciddi təhlükə yaradır: "İlk növbədə karantin rejimi günləri uzandıqca sahibkarlıq subyektlərinin, o cümlədən ticarət obyektlərinin itkiləri artır. Həmçinin virus daha çox yayıldıqca həmin subyektlərin əməkdaşlarının da bu xəstəliyə tutulması ehtimalı çoxalır. Belə bir şəraitdə fəaliyyətinə icazə verilən ticarət obyektlərinin məsələyə daha ciddi yanaşması, mümkün olduğu qədər əməkdaşların iş rejimini tənzimlənməsi, onların növbəli və distant rejimdə fəaliyyət göstərməsinə üstünlük vermələri tələb olunur.

Bundan əlavə, ticarət obyektlərinin özündə də müştərilərin obyektlərə qoruyucu tibbi maskalarla gəlməsinə, eləcə də obyektin içində olarkən ara məsafəsinin qorunmasına, mütəmadi dezinfeksiya işlərinin aparılmasına nəzarəti gücləndirmək məqsəduyğundur. Müşahidələr göstərir ki, müştərilər onların sağlamlığının qayğısına daha çox qalan və bunun üçün müvafiq şərait yaradan ticarət obyektlərində alış-veriş etməyə daha çox üstünlük verirlər.
İ.Bağırov qeyd edib ki, bu qaydalara nə qədər çox adam və düzgün əməl etsə, bununla bağlı ictimai nəzarət nə qədər güclü olsa, o zaman koronavirus bəlasından daha tez qurtulmaq imkanı da artır. Bu bəla cəmiyyətdən nə qədər tez uzaqlaşsa, hər kəs qazanacaq - istər vətəndaşlar, istər sahibkarlar, istərsə də dövlət...


Fəxriyyə İkramqızı

MəqalələrSahibkar Afət Məmmədov: “Dövlət hər zaman yanımızdadır” İqtisadiyyatAvropa qurumları ilə tərəfdaşlıq istiqamətləri müzakirə olunub VergiVergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər? İqtisadiyyatKənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə güzəştli kredit ayrılıb VergiMüəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər İqtisadiyyatAzərbaycan və Dağıstan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib VergiVÖEN almaq üçün hansı şərtlər qoyulub? VergiƏDV-dən azad olunan kənd təsərrüfatı təyinatlı avadanlıqların və texnikaların siyahısı təsdiq edilib MəqalələrVergi orqanlarının fəaliyyətinə etimadı yüksəldən mexanizmlər tətbiq edilir VergiFiziki şəxslərin aylıq gəlirindən gəlir vergisi necə tutulur?