1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda yeni ekoparklar yaradılacaq

Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA ) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədi ilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq Eko Parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.
AzETA-dan verilən məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib, o cümlədən, ekoloqlar, torpaqşunaslar, qidroloqlar, coğrafiyaçılar, botaniklar, zooloqlar, iqlimşunaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində Eko Parkların yaradılması imkanlarını araşdırırlar və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində Eko Parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıblar. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınırlar.

AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına töhfə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdırlar, bu isə davamlı inkişafa səbəb olur. Eko Parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaq.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ