İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan Kredit Bürosu” ilə əməkdaşlığa başlayıb
2019-cu ildə “Azərbaycan Kredit Bürosu” MMC ilə əməkdaşlıq edən təşkilatların sayı 12 vahid artaraq 132-yə çatıb. Məlumata görə, bunlar İpoteka və Kredit Zəmanət Fondu, 2 bank olmayan kredit təşkilatı (BOKT), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs olub.
2018-ci ilin yekununda isə AKB-nin tərəfdaşlarının siyahısında Azərbaycan Mərkəzi Bankı, 30 fəaliyyətdə olan bank, 14 ləğv prosesində olan bank, 44 fəaliyyətdə olan BOKT təşkilatı, 5 ləğv prosesində olan BOKT, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator və 3 kommunal xidmət operatoru olub.