18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"İslahat icmalı" daşınmaz əmlakın icbari sığortasına həsr olunub

"İslahat icmalı" daşınmaz əmlakın icbari sığortasına həsr olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən mütəmadi olaraq yayımlanan "İslahat İcmalı"nın 2020-ci il üçün ilk sayı işıq üzü görüb. Bu buraxılış Daşınmaz əmlakın icbari sığortasına həsr olunaraq Xüsusi buraxılış formatında hazırlanıb. İcmalda daşınmaz əmlakın sığortalanması sisteminin tarixi və dünya təcrübəsində tətbiqi, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın icbari sığortasının şərtləri-sığorta haqları və tariflər, əhatə dairəsi, təminat verdiyi obyektlərin təsnifatı, sığorta hadisəsi hesab olunan və olunmayan halların müəyyənləşdirilməsi, sığorta hadisəsi baş verən zaman zəruri olan addımlar kimi önəmli məlumatlar oxuculara daha sadə və oxunaqlı şəkildə, infoqrafikalar vasitəsilə təqdim olunub. Bundan başqa, xüsusi buraxılışda sığorta sistemi ilə bağlı informasiya dəstəyinə dair keçid linkləri verilib, eyni zamanda, daşınmaz əmlakın icbari sığortasının tətbiqinin vətəndaşlar üçün əhəmiyyəti də izah olunub.
"İslahat icmalı" ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?