Cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı nəzərdə tutulur
Bu ilin sonuna ölkədə inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır. Maliyyə Nazirliyi xəbər verir ki, 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faizədək artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı gözlənilir.