25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət-özəl tərəfdaşlığı üzrə qlobal platforma təqdim olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) beynəlxalq maliyyə təşkilatları tərəfindən dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə keyfiyyətli infrastruktur layihələrinin hazırlanmasında və həyata keçirilməsində qlobal platforma hesab edilən “SOURCE” proqramının təqdimatı keçirilib. KOBİA-dan bildirilib ki, İsveçrənin Dayanıqlı İnfrastruktur Fondu tərəfindən idarə edilən “SOURCE” platforması hazırda 51 ölkədə dövlət-özəl tərəfdaşlığı mexanizmi üzrə 284 infrastruktur layihəsinin icrasında istifadə olunur. Platforma dünyanın əsas beynəlxalq maliyyə təşkilatlarının məlumat bazaları ilə onlayn əlaqə yaradaraq ölkələrə birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində investorlarla səmərəli əməkdaşlıq imkanı yaradır. Bu platforma, həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə potensial benefisiar təşkilatların layihələrinin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına kömək göstərir.
Asiya İnkişaf Bankının dəstəyi ilə təşkil edilmiş təqdimatda Dayanıqlı İnfrastruktur Fondunun proqram meneceri Sedrik van Riel platformanın istifadə imkanlarını diqqətə çatdırıb, proqramdan ölkəmizdə də istifadə olunmasına dair hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, KOBİA-nın strukturunda fəaliyyətə başlayan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyəti dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək göstərilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılmasıdır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?