9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara bu il 103 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. “APA-Economics”in verdiyi xəbərə görə, tədbirdə iştirak edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu ilin ötən dövründə ümumi dəyəri 404,8 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 mln. manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 3500-dək yeni iş yerinin açılmasına imkan yaradıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək, həmin kreditlərdən istifadə edilməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3.500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 mln. manat məbləğində güzəştli kredit verilib.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?