Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması barədə razılıq əldə edilib
Polşanın Krakov şəhərində keçirilən III Nəqliyyat Konfransı çərçivəsində Gürcüstan nümayəndə heyəti Polşanın “PKP LHS” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb. Tərəflər Avropa-Asiya-Avropa marşrutu, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması ilə bağlı birgə fəaliyyət planı barədə razılığa gəliblər.
Gürcüstan nümayəndə heyətindən bildirilib ki, Gürcüstan-Rumıniya və Gürcüstan-Ukrayna istiqamətində mütəmadi yük daşınmaları həyata keçiriləcək ki, bu da Qara dənizdə konteyner daşınmalarına tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.