16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank olmayan ödəniş təchizatçılarının fəaliyyəti lisenziyalaşdırılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında ” yeni qanun layihəsi hazırlandığını bildirib. Onun sözlərinə görə, qanun ödəniş ekosistemində yeni tənzimləmə çərçivəsini formalaşdıracaq. Layihə elektron pul emissiyası və istifadəsi üzrə hüquqi bazanın formalaşdırılmasını, valyuta təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması prosedurunu, elektron ödənişlərlə bağlı vətəndaşların məlumatlandırılması prosesini, problemli halların həllini və digər məqamları özündə əks etdirir.

Layihənin Avropa Birliyinin Daxili bazarda ödəniş xidmətləri üzrə Direktivi əsasında hazırlandığını deyən T.Rüstəmov bu sənədin maliyyə sistemində banklar və finteklər arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, innovativ həllərin tətbiqinin genişlənməsinə şərait yaradacağını vurğulayıb.
Yeni qanun layihəsi bank olmayan ödəniş təchizatçılarının fəaliyyətinin lisenziyalaşmasını da nəzərdə tutur. Həmin təşkilatlar lisenziya aldıqdan sonra ödəniş xidmətləri göstərə biləcəklər. Ödəniş xidmətlərinin təsnifatı və təqdim edilməsinə dair tələblər qanun layihəsində əksini tapıb.
Layihə artıq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb.


Fərqanə Allahverdiqızı

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?