27 Sentyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yunanıstan TAP sayəsində enerji qovşağına çevriləcək

"Azərbaycanın təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi sayəsində Yunanıstan enerji qovşağına çevriləcək". Bu barədə Salonikidə keçirilən Cənub-Şərqi Avropa Enerji Forumunda Yunanıstanın TAP-dakı ölkə meneceri Katerina Papaleksandri deyib. O, boru kəməri layihəsi nəticəsində bu ölkədə sahibkarlığın vüsət aldığını, yeni iş yerlərinin açıldığını, ölkə iqtisadiyyatına təkan verildiyini söyləyib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP vasitəsilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında TANAP-a qoşulacaq TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

İqtisadiyyatSənaye parklarının ixracda rolu artır VergiNağdsız ödənişlər: faydalı, sərfəli və rahat VergiVergi siyasətində rəqəmsallaşma faydalı nəticələr verir İqtisadiyyatRüfət Bayramov: “Yeni sazişin icrası nəticəsində yükdaşımaların həcmində ən azı üçqat artım gözlənilir” Ekspert RəyiEzamiyyə xərcinin günlük norma əsasında hesablanması VergiAzərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları Vergi“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib VergiRezidentin xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürülərkən vergi tutulurmu? VergiƏsasnaməyə edilmiş dəyişikliklər işçilərin mənafeyinə xidmət edir Ekspert RəyiEzamiyyətdə olan işçinin əməkhaqqı necə hesablanır?