13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərə güzəştli şərtlərlə gübrələrin satışına başlanılır

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, əsasən də ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılır. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonunun ucqar dağ kəndlərindən start verilir. Mövsümqabağı əhalinin şumaltı gübrələrə tələbatının təmin olunması ilə əlaqədar ilk səyyar satış sentyabrın 10-da Şəmkir rayonunun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara əlçatanlığı təmin edərək, vətəndaş məmnunluğuna nail olmaqdır.

Qeyd edək ki, "Aqrolizinq" ASC tərəfindən bu kimi səyyar satışlar 2018-ci ilin fevralından bu ilin aprelinədək azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?