15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni ödəniş sisteminin tətbiqindən sonra plastik kartlara ehtiyac qalmayacaq

Gələn ildən etibarən Azərbaycanda Ani Ödəniş Sistemi tətbiq olunacaq. Sistemin tətbiqindən sonra artıq plastik kartların istifadəsinə ehtiyac olmayacaq. Belə ki, yeni sistem istifadəçilərə karta bağlı olan və olmayan cari hesabların mobil telefon üzərindən idarə etməsinə imkan yaradacaq. Ödəniş aparmaq üçün isə QR-kod və digər bir sıra üsullar təklif olunacaq.

Qeyd edək ki, bu sistemin yaradılması nəticəsində ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların fasiləsiz 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaq. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.

Xatırladaq ki, Ani Ödəniş Sisteminin yaradılması layihəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanır.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?