28 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd edib, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının iyunun 16-19-da Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə, görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, İllik Toplantıların keçirilməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, 57 ölkənin üzv olduğu İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. Azərbaycan Respublikası 1992-ci ildən Bankın üzvüdür.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?