2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazir Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb.

Nazirlər Kabinetinin məlumatına görə, görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.

Xüsusi diqqət nəqliyyat-logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı fəaliyyətə yönəldilib.

Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Bu kontekstdə beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı və bu marşrut üzrə yükdaşımaların davamlı artımının təmin edilməsi üçün işlərin sinxron həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?