17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazir Əli Əsədov Albaniyanın Baş nazirinin müavini ilə görüşüb

İyunun 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Albaniya Respublikası Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan Hökuməti və Albaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən birinci iclasının əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın iqtisadi, ticari, energetika, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət, səhiyyə, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov görüşdə iştirak edib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?