15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

“Euronews” telekanalı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC haqqında geniş reportaj hazırlayıb.

Reportajda Xəzər dənizinin sahilində, strateji mövqedə yerləşən Bakı limanının qlobal ticarətin tələbatını ödəmək üçün genişləndiyi, eyni zamanda, davamlı inkişafa və yerli layihələrə investisiya qoyuluşuna üstünlük verildiyi vurğulanıb.

Qeyd olunub ki, Bakı limanı Xəzər dənizinin ən qədim və strateji əhəmiyyətli limanı olmaqla yanaşı, şərqlə qərbi birləşdirən ticarət yolunun üzərində yerləşən əsas nəqliyyat və logistika mərkəzidir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Euronews” telekanalına müsahibəsində bildirib ki, liman Mərkəzi Avrasiyanın mərkəzində yerləşdiyi üçün bütün istiqamətlər üzrə əsas halqadır: “Bakı limanı XXI əsrin beşulduzlu mərkəzinə çevrilir. Bakı limanı təkcə qitələri birləşdirmir, həm də bir hissəsi olduğu regionun iqtisadi inkişafına birbaşa töhfə verəcək”.

Reportajda Bakı limanının qlobal ticarətin artan tələblərinə cavab verərək imkanlarını artırdığı qeyd olunub. Həmçinin ötən il yüklərin ümumi daşınma həcminin 2020-ci ildən bu yana 51 faiz artaraq 7,3 milyon tondan çox olduğu vurğulanıb.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?