17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkə təqdim olunub

“AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib.

“AzerGold”dan verilən məlumata görə, nəfis tərtibatda dizayn edilən 999,9 əyarlı qızıl sikkə QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqlənir. Yubiley sikkəsi müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirilib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementləri dəqiqliklə əks etdirilib, qiymətli məhsula üçölçülü qabarıq relyef verilib.

1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli Liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri