23 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib. Turnirin bu mərhələsinə 18 komanda qatılıb. Altı raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara aid suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilən xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Bununla da ikinci yarımfinal mərhələsində uğurlu nəticə göstərən daha 9 komanda finala vəsiqə qazanıb. Xatırladaq ki, turnirin final mərhələsi may ayında keçiriləcək.

Qeyd edək ki, turnir işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə Dövlət Vergi Xidmətinin müxtəlif strukturları və qurumlarının əməkdaşları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?