22 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnsanlıq əleyhinə cinayətdən - Xocalı soyqırımından 31 il ötür

Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırmının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Artıq 31 il ötür insanlıq tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqrımından. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, o məşum fevral gecəsi dinc, əliyalın insanlar ən amansız üsllarla qətlə yetirildilər, işgəncələrə məruz qaldılar. Qadın, uşaq, qoca demədən xocalılar qana susamış erməni qatillərinin qurbanına çevrildilər. Tək bir günahları var idi Xocalı məsumlarının – azərbaycanlı, türk, müsəlman olmaları...

Həmin gecə Ermənistan cinayətkar hərbi birləşmələri Rusiyanın 366-cı alayının dəstəyi və iştirakı ilə Xocalı şəhərində soyqırım və terror aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

28 il bizlər – azərbaycanlılar, Xocalıda şəhid edilən məsumların soydaşları ürəyimizdən qara qanlar axaraq, başımız köksümüzdə qeyd etdik faciəmizin, ağrımızın ildönümünü. Lakin...

2020-ci ilin 27 sentyabr tarixində hər bir azərbaycanlı qisas gününün çatdığı xəbəri ilə açdı səhərini...

27 sentyabr 2020-ci ildə Azəbaycan ordusu Ali Baş Komandanımızın tapşırığı ilə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq düşmənin cəzalandırılması, sülhə məcburetmə hərəkatına başladı. 44 günlük şərəfli döyüş əməliyyatları ilə Azərbaycan əsgəri qanı, canı bahasına tariximizin ən şərəfli səhifələrindən birini yazdı. 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərimiz azad edildi, ərazi bütövlüyümüz, dövlət suverenliyimiz təmin olundu, başımız dikəldi, şəhidlərimizin, günahsız məsumlarımızın – körpələrin, qadınların, qocaların qisası alındı, ruhları dincəldi...

Bəli, bu gün biz qürur və fəxr hissi ilə bütün şəhidlərimizi yad edə bilirik... Biz bütün dünyaya qürurlu, şərəfli xalq olduğumuzu sübut edə bildik... Nəhayət, bu gün azad Qarabağımızın səmasında Azərbaycan bayrağı ilə yanaşı şəhidlərimizin sakit ruhu dolaşır...

Bütün şəhidlərimizin ruhu şad olsun, Azərbaycan dövləti, Ali baş Komandanımızın rəhbərliyi altında Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymadı, onların qısası alındı...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru

VergiFiziki şəxsin icarədən gəlirləri hansı formada vergiyə cəlb olunur? VergiPərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı? VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?