7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılır

Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. Bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və sair) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları oktyabrın 20-də məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.
AMB-dən bildirilib ki, hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq.
Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcək.
Koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (“Modenis” MMC - “eManat“, “Komtec Ltd.” - “MilliÖN”, “Expressbank” ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildiriblər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.
Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilə bilər.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?