13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xudafərin gömrük-keçid məntəqəsi İran-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək

Xudafərin gömrük-keçid məntəqəsinin açılması Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etmək, iqtisadi əlaqələri daha da genişləndirmək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq üçün əhəmiyyətlidir. Bu məntəqə iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.
Bu sözləri İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. O bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması səbəbindən bu gömrük məntəqəsinin açılması, Qarabağın yenidənqurma prosesində İran şirkətlərinin iştirakını təmin edəcək. Ehtiyac duyulan avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaq. Artıq valinin imzası ilə gömrük-keçid məntəqəsinin yaradılmasını tələbi ilə hökumətə müraciət hazırlanır.
Xudafərin körpüsünün yenidən qurulması nəticəsində İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilən rayonları ilə əlaqələr inkişaf edəcək. Bu əlaqələrin qurulub inkişaf etdirilməsi isə İranın üçün prioritet siyasi xəttdir.
Ə.Cahangiri vurğulayıb ki, Xudafərin gömrük-keçid məntəqəsinin açılışı Türkiyə daxil olmaqla bölgə ölkələrinin İranın tranzit imkalarından istifadə etmək hüququ yaradacaq.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?