17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 11,4 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-noyabr aylarında 33,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 faiz artıb. Sənaye məhsulunun 33,2 faizi emal sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1 faiz, geyim istehsalı 41,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, kağız və karton istehsalı 37,7 faiz, tütün məmulatlarının istehsalı 27,1 faiz, tikinti materiallarının istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, elektrik avadanlıqlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 8 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz artıb.
Qida məhsullarının istehsalı 1 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, poliqrafiya məhsullarının istehsalı 3,2 faiz, içkilərin istehsalı 10,3 faiz, mebel istehsalı 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44 faiz azalıb.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?